Bankların kredit portfelinin strukturu açıqlandı

Bu ilin may ayında bankların kredit portfeli aprel ayı ilə müqayisədə 1 faiz və ya 290 milyon manat artaraq 28 386,5 milyon manata çatıb.
Mərkəzi Bankın hesabatına əsasən, kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,2 faiz (15 100 milyon manat), istehlak kreditlərinin payı 31,3 faiz (8 881,9 milyon manat), ipoteka kreditlərinin payı isə 15,5 faiz (4 404,6 milyon manat) təşkil edib.