Regionlarda qaldırılan hər 10 məsələdən 6-7-si banklarla bağlıdır

Bugün keçirilən FİNTEX Sammitində Azərbaycan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sədri Orxan Məmmədov çıxış edərək, maliyyə əlçatanlığı ilə bağlı məsələlərə toxunub. Onun sözlərinə görə, ölkəmizin xüsusən də bölgələrində maliyəyə çıxış, maliyyə alətlərindən iatifadə ilə bağlı ciddi məsələlər var.
"Mən bankları sahibkarlarla daha yaxş işləməyə dəvət edirəm. Sahibkarlıq inkişaf etməsə bank sektoru da inkişaf edə bilməz. Bölgələrdə sahibkarların qaldırdıqları hər 10 məsələdən 6-7-di banklarla bağlı olur", deyən O.Məmmədov bankları istehlak kreditlərindən daha çox biznes kredotləri verməyə çağırıb.