Gündəm

ABŞ İranın atəşkəsi pozduğu təqdirdə İsrailə sərbəst hərəkət etmək azadlığı verib

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrail hakimiyyətinə bildirib ki, İran atəşkəsi pozacağı təqdirdə Təl-Əvivin lazım bildiyi şəkildə cavab vermək imkanı olacaq.

Bu barədə “The Washington Post” məlumat yayıb.

"Razılaşma çərçivəsində ABŞ hakimiyyəti İsrailin İran tərəfindən atəşkəsin pozulmasına cavab olaraq sərbəst hərəkət etmək azadlığının olacağını bildirib", - qəzet yazıb.

Qeyd edək ki, İsrail tərəfi çərşənbə axşamı atəşkəs elan edildikdən sonra İranın İsrailə doğru raketlər atdığını, İran hərbçiləri isə atəşkəsi pozmadıqlarını bildiriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)