Dövlət Agentliyi “Kontakt Home” barədə iş qaldıra bilər

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ABC-Telecom” MMC-nin (“Kontakt Home” mağazalar şəbəkəsi) fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırıb.
Agentliyin verdiyi məlumata görə, araşdırma “HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə bağlı haqsız rəqabət əlamətlərinə dair şübhələr əsasında aparılıb və artıq yekunlaşıb.
Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, bu fakta hüquqi qiymət verilməsi məqsədilə Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Müvafiq qərardan sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması faktı üzrə işin qaldırılması məsələsinə baxılacaq.