Səfər Mehdiyev gömrükdəki növbələrin tam aradan qalxacağını açıqladı
Dövlət Gömrük Komitəsinin (DGK) Xanoba gömrük postunda tikinti işləri davam etdirilir.
ENA.az xəbər verir ki, bu gün DGK sədri Səfər Mehdiyev Azərbaycanın Rusiya ilə sərhədi olan Xanoba gömrük postunda aparılan yenidənqurma işləri ilə tanış olub.
S.Mehdiyev bildirib ki, yaxın gələcəkdə istifadəyə verilən Xanoba postu sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək.