Sosial iqtisadiyyat

Bakı zooparkına heyvanların köçürülməsinə başlanılıb

Qaradağ rayonu ərazisində müvəqqəti yerləşdirilən heyvanların Bakı Zooloji Parkına köçürülməsinə başlanılıb.

Bunu  açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

O bildirib ki, zooparkda təmir işləri hələ yekunlaşmayıb: “İşlər gedə-gedə müəyyən heyvanlar köçürülür. Hansı hissə hazırdırsa, o hissəyə heyvanlar yerləşdirilir”.

A.Hüseynov zooparkın açılacağı tarixin hələ dəqiq bilinmədiyini deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)