Azərbaycan Mərkəzi Bankı iyulun 23-də faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı barədə məlumatı 23 iyul 2025-ci il tarixində ictimaiyyətə açıqlayacaq.
23 iyulda Mərkəzi Bank 2025-ci il üzrə 5-ci faiz qərarını açıqlayacaqdır.
Artıq adıcıl 9 iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlayır. İyunun 11-də də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılmışdı.