Sosial iqtisadiyyat

Azərbaycanda yeni publik hüquqi şəxslər yaradılıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs yaradılıb.

ENA.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanda öz əksini tapıb.

Bundan başqa, fərmana əsasən, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi”, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, eləcə də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” adlı publik hüquqi şəxslər yaradılıb

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department