6 aydan sonra təkrar peyvənd lazımdırmı? - TƏBİB-dən açıqlama
![](https://ena.az/uploads/news/2021-06/_ena_832df3e1e9a9fe9acf8d5474f_o.jpg)
“6 aydan sonra koronavirus əleyhinə təkrar vaksinin vurulması ilə bağlı hələ ki, bir qərar yoxdur”.
ENA.az xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib.
O qeyd edib ki, bu sualın cavabı 3-cü rübün sonuna yaxın, klinik çalışmaların nəticəsi açıqlandıqdan sonra bəlli olacaq: “Bu gün üçün belə bir qərar yoxdur”.