Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargahdan açıqlama

"Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq".
"ENA" xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, yalnız ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: "Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır".