Sağlamlıq

Həkim: "Azərbaycanda COVID-19-a üç dəfə yoluxan şəxs var"

“Azərbaycanda koronavirus infeksiyasına ikinci dəfə yoluxma halları qeydə alınıb. Hətta 1 nəfərdə üçüncü dəfə yoluxma halını şəxsən müşahidə etmişəm”.

“ENA” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov “Stasionar şəraitdə COVID-19” mövzusunda danışarkən deyib.

O qeyd edib ki, xəstənin virusu necə keçirəcəyi bədənin ümumi vəziyyəti, immun sistemi, virus yükünün nə qədər olması və digər hallardan asılıdır: “Dünya statistikasında birinci dəfə xəstəliyi yüngül keçirən, ikinci dəfə vəfat edən şəxslər var. Həmçinin ilk dəfə ağır, növbəti dəfə xəstəliyi yüngül keçirənlər də olub".

R.Qasımov bildirib ki, COVID-19-a yoluxan şəxslərdə virus yükü nə qədər az olsa, xəstəliyi rahat keçirər: “Virus orqanizmə nə qədər çox daxil olarsa, o şəxslər xəstəliyi daha ağır keçirir”

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)