Grossmaster LLC işçi axtarır- MAAŞ 2,000–2,200 AZN
Direktor müavini
Son tarix 15 noy 2026
Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə gündəlik əməliyyatları sistemli idarə edə bilən, məsuliyyətli və nəticəyönümlü Direktor müavini axtarılır.
Əsas vəzifələr:
- Şirkətin gündəlik ofis və əməliyyat işlərinin koordinasiyası;
- Direktor tərəfindən verilən tapşırıqların icrasının sonadək izlənməsi;
- Aktiv tikinti layihələri və sahə rəhbərləri ilə gündəlik koordinasiya;
- Sahələrdən gündəlik və həftəlik hesabatların toplanması;
- Sifarişçi və təchizatçılarla cari məsələlərin izlənməsi;
- Satınalma, ödəniş və sənəd dövriyyəsinin nəzarətdə saxlanılması;
- Gecikən və problemli məsələlərin vaxtında rəhbərliyə təqdim olunması;
- Problemlərlə bağlı mümkün həll variantlarının hazırlanması;
- Həftəlik rəhbərlik hesabatının hazırlanması;
- Ofis, sahə, mühasibatlıq və təchizat arasında koordinasiyanın təmin edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- İdarəetmə və təşkilatçılıq bacarığı;
- Tapşırıqları sonadək izləmək vərdişi;
- Güclü ünsiyyət və koordinasiya bacarığı;
- Excel və Microsoft Office proqramlarında işləmək bacarığı;
- Sənədləşmə və işgüzar yazışma bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
- Rus dili biliyi üstünlükdür.
- Sınaq müddətində əməkhaqqı 1,800 AZN təşkil edəcək, sınaq müddəti bitdikdən sonra isə nəticələrə əsasən 2,000–2,200 AZN arası dəyişəcəkdir.
Sınaq müddəti: 3 ay
Əməkhaqqı: 2,000–2,200 AZN
Maraqlanan namizədlər öz CV-lərini info@grossmaster.az elektron poçt ünvanına göndərə bilərlər.












