Axtar

Royal Development işçi axtarır - VAKANSİYA

Vakansiya: Direktor köməkçisi

Namizədə tələblər:

• Ali təhsil;
• Azərbaycan, rus və ingilis dillərini səllis bilməli;
• Direktor köməkçisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
• MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
• Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;
• Yüksək ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

• Görüş və iclasların planlaşdırılması və təşkili;
• İclas nəticələrinin qeydiyyatı və tapşırıqların siyahısının aparılması;
• Direktorun tapşırığı ilə məlumatların axtarışı və təhlili;
• Hesabatların hazırlanması;
• İş yazışmalarının aparılması;
• Sənədlərin hazırlanması;
• İşgüzar səfərlərin təşkili və inzibati dəstək;
• Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)
Nahar şirkət tərəfindən verilir. Əmək haqqı razılaşdırılacaq.
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@royaldevelopment.az elektron ünvanına, mövzu hissəsində “Direktor köməkçisi” qeyd edərək göndərə bilərlər.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33