Axtar

“Toyota” hidrogen mühərriklərin istehsalına başlayacaq

Yaponiyanın “Toyota” şirkəti istixana qazı tullantılarının azaldılması konsepsiyası çərçivəsində yeni hidrogen mühərrik istehsal edəcək.

ENA.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə 22 apreldə brendin mətbuat xidməti məlumat verib.

Qeyd edildiyi kimi, yeni turbomühərrik 1.6 litr həcmli üç silindrli olacaq. “Toyota” yeni mühərrikini 2021-ci ilin mayında sınaqdan keçirməyi planlaşdırır.

Hidrogen mühərrik Yaponiyada keçiriləcək yarışlarda iştirak edəcək yarış avtomobillərinə quraşdırılacaq.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33