Xiaomi ilk elektrik krossoveri YU7-nin qiymətini açıqladı

Çinin texnologiya nəhəngi Xiaomi yeni elektrik krossoveri YU7 modelinin qiymətini təqdimat tədbirində açıqlayıb. Təqdimatın videosu YouTube-da yerləşdirilib.
May ayının sonunda təqdim edilən YU7 4999 mm uzunluğa, 1996 mm enə və 1608 mm hündürlüyə sahibdir. Təkər bazası isə 3000 mm-dir. Şirkət avtomobilin üç versiyasını təqdim edib:
-
YU7 (baza modeli) – 835 km məsafə
-
YU7 Pro – 770 km məsafə
-
YU7 Max – 760 km məsafə
Başlanğıc qiymət 253 min yuan (təxminən 29 min dollar), YU7 Pro üçün 280 min yuan (təxminən 32 min dollar), YU7 Max isə 323 min yuan (təxminən 35 min dollar) olaraq müəyyən edilib. Yeni model üçün öncədən sifarişlər 26 iyun tarixində açılıb.
YU7 modeli 320 at gücündə bir elektrik mühərriki ilə təchiz olunub, YU7 Max isə iki mühərrikə malikdir. Avtomobil versiyadan asılı olaraq 0-dan 100 km/saat sürətə 3,2 – 5,9 saniyə ərzində çata bilir. Salon bir neçə media displey ilə təchiz olunub və avtomobili UWB texnologiyası vasitəsilə smartfona qoşmaq mümkündür.