Axtar

“Toyota” 2025-ci ilədək 15 elektromobil təqdim edəcək

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor Corporation” yeni strategiyasını elan edib. Şirkət elektrikli avtomobillərin istehsalı ilə məşğul olacaq və 2025-ci ilədək 15 elektromobil modeli buraxacaq.

“ENA” “The Verge” nəşrinə istinadən xəbər verir ki, ilk elektrikli avtomobil 2021-ci ilin sonuna kimi təqdim edilə bilər.

Ümumilikdə isə “Toyota” 2025-ci ilədək hibrid modellər və yanacaq özəkləri olan elektromobillər daxil olmaqla 70 yeni avtomobil buraxacaq.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33