Nazirlik sorğu keçirib - 47% tədrisin distant formaya keçirilməsini təklif edib

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 000-dən çox rəy qəbul edilib.
“ENA” Təhsil Nazirliyinə istinadən xəbər xəbər verir ki, sorğunun nəticələrinə əsasən çoxluq (45,7%) bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini təklif edib.