Vakansiyalar

Şirkətlər işçilər axtarır - MAAŞ 400-2500 MANAT

Şirkət haqqında: Logistic Company

Vəzifə: TEXNİKİ ŞÖBƏNİN MÜDİRİ
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3-5 il Rəhbər vəzifədə iş təcrübəsi (Texniki sahə üzrə)
Təhsil: Ali təhsil (müvafiq texniki sahə üzrə təhsil)
Yaş həddi: 30-40 yaş

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Vəzifə öhdəlikləri:

- Bütün təmir və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək.
- Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək.
- Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək.
- Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək.
- PXT proseslərinin vaxt analizini etmək və proseslərin inkişafını təmin etmək
- PXT planlarına əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək.
- Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabtalarını hazırlamaq.
- Stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə).
- İllik büdcələrin hazırlanmasında iştirak etmək.
- İş prosesi və PXT planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək.
- Tabeçiliyində olan texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək.

Tələblər:

- Komanda quruculuğu və komandanın idarəedilməsi;
- Problemləri həll etmə bacarığı və punktuallıq;
- Yüksək ünsiyyət qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti
- Liderlik və komandada işləmək bacarığı;
- İngilis dili biliyi;
- Rus dili biliyi (arzuolunandır) ;
- Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) tanışlıq;
- Microsoft Office proqramları biliyi.

Əmək haqqı: 1800-2500 AZN

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Mobil nömrə və telefon limiti.

İş qrafiki: 6 günlük

Vakansiya ilə maraqlanan şəxslər CV-sini mövzu yerinə "Texniki şöbənin müdiri" yazmaqla azhrecruiters@gmail.com ünvanına göndərə bilərlər.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

***

Cahan Motors

Ehtiyat hisəsləri üzrə menecer

∙ Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmaq, sifariş zamanı düzgün analiz aparmaq və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmaq;
∙ Departamentdə iş gedişatını analiz etməli və lazımi yerlərdə işə müdaxilə edib vaxtında tamamlanmasına köməklik göstərmək;
∙ Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməlidir, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda "ölü hissələr"i minimuma salmaq xidmətə nəzarət etmək;
∙ Xidmət ilə bağlı statistik hesabatlar hazırlamaq;
∙ Gündəlik iş şəraitində etik standartlara riayət olunmasına nəzarət etmək;
∙ Departamentin maliyyə durumunu analiz etmək, planlaşdırmaq və qoyulan hədəflərə nail olmaq;
∙ Servisin daxili, zəmanət və müştəri ehtiyaclarına nəzarət edən sistemin yaradılmasında və inkişafında köməklik etmək;
∙ Texniki məsələləri – kleimləri, zəmanət işlərini, kompüter sistemlərini, proses və proseduraları, ehtiyat hissələrinin saxlanma və qəbulu qaydalarını və s. daima nəzarətdə saxlamalı, yoxlamalı və təkmilləşdirməli;
∙ Kompüterdən istifadə edərək gündəlik əməliyyatlara nəzarət etmək;
∙ Ehtiyat hissələri sisteminin düzgün işləməsindən və məlumatların doğruluğundan əmin olmaq;
∙ Şöbədə təmiz və professional mühit yaratmalıdır;
∙ Ehtiyat hissələri şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
∙ Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.
∙ Şirkətin mənafeyinin qorumaq, şirkətə, onun müştərilərinə aid olan məxfi məlumatları, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açmamaq;
∙ İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq;
∙ Rəhbərlik tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetirilməsi;
∙ Korporativ etikaya riayət etmək və şirkətin tələblərinə cavab vermək;

Namizədlərə tələblər:

∙ Yaş: 30-40;
∙ Ali təhsil;
∙ Ehtiyyat hisələri sahəsində minimum 5 il iş təcrübəsi;
∙ MS Office proqramlarında işləmə bacarığı, ∙ Rus və, ingilis dilini bilmək;
∙ Analitik təhlil bacarığı, fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma bacarığı.
∙ Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
∙ Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
∙ Stres altında işləmə qabiliyyəti;
∙ Fəal və işə planlı yanaşma.

Namizədlər hr@cahan.az email adresinə CV göndərə bilərlər.

***

Vəzifə: Aşbaz
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: Xidmət müqaviləsi ilə vergilər daxil 400-450 AZN müəyyən edilir və bank kartına rəsmi olaraq ödənilir.

İş yeri: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasının İstehsalat sahəsindəki yeməkxanası

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Tələblər:

1. Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
2. İşində məsuliyyətli və ciddi olmalı;
3. Təmizliyə xüsusi diqqət yetirməlidir;
4. Ancaq Sumqayıt şəhərində yaşayanlar müraciət edə bilər.

İş haqqında məlumat:

1. Yalnız Qartal Tikinti Firmasının ofisində və istehsalat sahəsində işləyən işçiləri üçün yemək hazırlayacaq. 15-20 nəfər baş ofis işçiləri üçün hazırlanan yemək Sumqayıt şəhəri, 48-ci məhəllədəki baş ofisin yemək otağına göndərilir. Buradakı yemək otağının təmizlənməsi və yeməklərin paylanması aşbazların məsuliyyətində deyildir;
2. Yeməkxanada 2 nəfər aşbazın işləməsi nəzərdə tutulur. Orta hesabla baş ofis və istehsalat sahəsinin işçiləri üçün gündəlik 40-50 nəfərlik yemək hazırlanır;
3. İstehsalat sahəsində saat 11:00-da və 16:00-da işçilər üçün çay fasiləsi nəzərdə tutulur. Çayın hazırlanması və işçilərə verilməsi aşbazların məsuliyyətindədir;
4. Aşbazlar növbəti gün üçün menyu tərtib etməli və tələb olunan ərzağın miqdarı barədə sifariş hazırlamalıdır. Ərzaqların alınmasını və təchiz edilməsini başqa əməkdaş yerinə yetirir;
5. Qabların yuyulması və istehsalat sahəsindəki yeməkxananın təmizlənməsi aşbazların məsuliyyətindədir;
6. Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir;
7. Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və qaydalara riayət edilməlidir.

İşçi üçün şərait:

1. İş saatı 09:00-17:00;
2. Nahar yeməyi və aşbazların geyimi firma hesabına təmin edilir;
3. İstirahət günü - Bazar günləri;

CV-nizi mövzu yerində “Aşbaz” qeyd etməklə info@qartal.az email ünvanına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

***

Vakansiya : SMM Menecer & Dizayner
İş yeri : Ozerol Group ( Qida və qeyri-qida məhsullarının satışını həyata keçirdirik)

Öhdəliklər

• Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi
• Sosial hesablarin idarə olunması-daxil olan sorğuların cavablandırılması,postların paylaşılması
• Sosial şəbəkələr üçün kreativ postların hazırlanması və kontentin yazılması – copywriting
• Həftəlik və aylıq hesabatların hazırlanması
• Sosial şəbəkələrdə ödənişli reklam kampaniyaları həyata keçirilməsi və statistika aparılması
• Facebook Business Manager və Insights üzrə biliklər

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Tələblər

• Adobe Photoshop, Adobe Illustrator, Corel Draw, Adobe In-Design proqramlarını yüksək səviyyədə bilməli
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
• Azərbaycan,Rus dillərini bilməlidir.

*Namizədlərdən cv ilə birlikdə portfolyolarınıda göndərmələri tələb olunur. Xanım namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

• 6 günlük iş qrafiki 09:00 -18:00
• Əmək haqqı : 600-800 azn
• Ofis Zorgi parkının yaxınlığında yerləşir.
• Nahar şirkət tərəfindən verilir.

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.

***

Pasha Capital

Marketinq üzrə Baş Mütəxəssis

Vəzifənin məqsədi:

Marketin1 siyasəti çərçivəsində şirkətin tanıdılması, marketinq kampaniyalarının təşkili, doğru hədəf kütləsinin seçilməsi və müvafiq məhsulların çatdırlması. Satış komandası ilə birgə nəticələrə nəzarət edilməsi və marketing satış siyasətinin uyğunlaşdırılması.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Vəzifə öhdəlikləri:

1. Şirkətin fəaliyyət göstərdiyi maliyyə bazarları sahəsinin xüsusiyyətlərini nəzərə alınaraq Marketing və satış siyasətinin tərtib edilməsi, qayda və prosedurların və hesabatlılığın hazırlanması;
2. Bazar araşdırması apararaq hazırdakl tendensiyaların, müştərilərin ehtiyac və tələblərinin müəyyən edilməsi. Həm fiziki, həm də hüquqi şəxslərin tələb və ehtiyacları müəyyənləşdirildikdən sonra, müvafiq qruplar üçün məshulların hazırlanmasında iştirak etmək və reklam və marketinq kampaniyalarını təşkil etmək;
3. Marketinq strategiyasını tətbiq etmək. Marka imajı formalaşdırmaq, yeni hədəf kütlələri müəyyən etmək və müvafiq büdcə formalaşdırmaq. İşin həm yaradıcılıq tərəfinə, həm də tətbiqinə nəzarət etmək;
4. Marketinq və satış kanallarını müəyyənləşdirmək, budcənin effektiviliyinin artırılması məqsədi ilə optimal həllər təklif etmək;
5. Marketinq kampaniyalarının nəticələrini büdcə və satış baxımından təhlil edərək prosesi optimallaşdırmaq nəticələrlə bağlı aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək.

Tələb edilən bilik, bacarıq və təcrübə:

- Təhsil: Marketinq, maliyyə və s. sahələr üzrə bakalavr təhsili
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Bilik: Qiymətli kağızlar bazarı sahəsi üzrə biliklərə üstünlük verilir
- Bacarıq: Analitik düşünmə və qısa zamanda öyrənmə qabiliyyəti, bazar araşdırma və marketinq stategiyalarının tətbiqi üzrə biliklər, sosial media platformalarından və google tool’lardan professional səviyyədə istifadə bacarığı. Azərbaycan, ingilis və rus dilləri

Təcrübə: Maliyyə, kapital bazarları, bank sektorlarında marketinq təcrübəsi, satış

Maraqlanan namizədlərdən CV-lərini sariyya.abuzarli@pashacapital.az ünvanına mövzu başlığında “Marketinq üzrə Baş mütəxəssis” yazaraq göndərmələri rica olunur.

***

“NES GROUP” MMC - Tibbi nümayəndə

Vəzifələr:

• Şirkətə məxsus məhsulların (pediatrik və s.) təqdimatı
• Həmin məhsullara tələbatın yaradılması
• Gündəlik tibb müəssisələrinə və apteklərə ziyarət
• Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Tələblər:

• Yaş həddi 20-40 arası
• Ali tibbi vəya orta xüsusi təhsil
• Dərman məhsullarının (xüsusilə pediatrik dərmanların) təqdimatında 1 ildən yuxarı iş təcrübəsi
• Azərbaycan dili mütləq,rus və ingilis dillərini bilmək arzuolunandır.
• Ofis proqramlarında işləyə bilmə bacarığı
• Səlis nitq qabiliyyəti, ünsiyyət qurma və komandada işləmə bacarığı, səliqəli və xoş zahiri görünüş, məqsədəyönlük.

İş şəraiti:

• Əmək haqqı: 500-800 AZN (bonus sistemi,namizədin bacarıqlarına görə dəyişə bilər)
• İş qrafiki: 5 gün, saat 09:00-18:00
• İş yeri: Bakı şəhəri

Vakansiya ilə maraqlananlar mövzu yerinə “Tibbi nümayəndə” qeyd etməklə yalnız şəkilli CV-lərini hr@tempus-az.com elektron ünvanına göndərə bilərlər.

Pediatrik dərman məhsulları ilə iş təcrübəsi olanlar bunu ayrıca olaraq “mövzü” yerində vəya CV-lərində qeyd etsinlər.

***

Express Bank

Vəzifə: Kassa bölməsi / Kassir - əməliyyatçı (Böyük və kiçik mütəxəssis)

Tələblər:

- Ali riyazi, iqtisadi təhsil;
- Kassa sahəsində 1-2 il iş təcrübəsi;
- 23-30 yaş aralığı
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (İngilis dili biliyi arzu olunandır);
- Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
- Çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

- Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
- Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
- Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
- KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;
- Tibbi sığorta;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.

Maraqlanan şəxslər öz CV-lərini, müvafiq başlıq ilə cv@expressbank.az email ünvanına göndərə bilər.

***

Şirkət: GEMİNİ MMC

Vəzifə: Satış təmsilçisi

İş qrafiki: I - VI Saat 9-dan 18-dək ,
Əmək haqqı: 700 AZN + satışdan bonus ( % ), + avtomobil xərci 100 AZN + yanacaq xərci 200 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 3 il iş təcrübəsi
2. B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobili olması şərtdir.

Vəzifə Öhdəlikləri

1. Gündəlik rut üzrə satış məntəqələrini ziyarət etmək və oradan sifarişləri qəbul etmək
2. Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində, doğru yerdə düzülməsini təmin etmək
3. Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etmək

Müraciət üçün gemini.info2000@gmail.com adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Satış təmsilçisi” vəzifəsini qeyd etməyiniz vacibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department