Bank sektorunun xalis mənfəəti 2,3 dəfə azalıb
2018-ci ilin 10 ayında Azərbaycanın bank sektorunun xalis mənfəəti 238 milyon manat təşkil edib.
"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalma deməkdir. Ötən ilin yanvar-oktyabr dövründə bank sektorunun xalis mənfəəti 549 milyon 600 min manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə, bankların cəmi faiz gəlirləri 1 milyard 582 milyon 300 min manatdan 1 milyard 445 milyon 200 min manata, qeyri-faiz gəlirləri isə 828 milyon 900 min manatdan 445 milyon 200 min manata düşüb. Bank sektorunda əməliyyat mənfəəti isə 880 milyon 900 min manatdan 581 milyon 800 min manata geriləyib.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
|
(mln. manatla) |
(mln. manatla) |
Mənfəət və zərər maddələri |
31.10.2017 |
31.10.2018 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri |
1,582.3 |
1,445.2 |
1.1 Kreditlər üzrə faizlər |
1,168.5 |
1,009.7 |
2. Faiz və onlara bağlı xərclər |
740.8 |
489.3 |
2.1 depozitlər üzrə faizlər |
316.9 |
320.0 |
3. Xalis faiz gəliri (zərəri) |
841.5 |
956.0 |
4. Qeyri-faiz gəlirləri |
828.9 |
445.2 |
5. Qeyri-faiz xərcləri |
789.5 |
819.4 |
6. Əməliyyat mənfəəti (zərəri) |
880.9 |
581.8 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) |
309.6 |
315.4 |
8. Digər gəlirlər (xərclər) |
3.4 |
(0.5) |
9. Vergilər ödənilənədək mənfəət (zərər) |
574.7 |
265.9 |
10. Mənfəətdən vergilər |
25.1 |
27.9 |
11. Xalis mənfəət (zərər) |
549.6 |
238.0 |