Marketinq və reklam

Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir

“Yelo Bank” ASC “RFID əsaslı İnventarların Çiplənməsi və İdarəetmə Sistemi Layihəsi”nin satın alınması üzrə Texniki Tender elan edir.

Tender şərtləri:

Bu mərhələdə yalnız texniki təkliflər qəbul olunur (maliyyə/qiymət təklifi tələb edilmir).

Sifarişçinin tələblərinə cavab verən texniki təkliflər seçiləcək və həmin iştirakçılar növbəti Maliyyə Tenderinə dəvət ediləcəkdir.

İştirakçılara olan əsas tələblər:

Müvafiq sahədə iş təcrübəsi, texniki, maliyyə və kadr imkanlarının olması;

Vergi və icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;

Fəaliyyət üçün müvafiq lisenziya və ya icazələrin olması;

Müflis elan olunmaması və əmlakı üzərində məhdudiyyətin bulunmaması.

Texniki təkliflər 12 avqust 2026-cı il, saat 17:00-dək e-poçt vasitəsilə aşağıdakı kontaktlara təqdim edilməlidir:

Tender haqqında daha ətraflı və dəvət məktubu üçün: https://ylb.az/4hMoafP. Həmçinin yaranmış suallar ilə bağlı Turan Sadıqov (turan.sadigov@yelo.az | +994 55 206 13 49) Rəşad Şükürov (rshukurov@yelo.az | +994 55 670 00 27) əlaqə saxlaya bilərsiniz.

Bank xidmətləri ilə, eləcə də depozit faizleri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)