BİZNES

"İlon Mask qədər pulunuz yoxdursa, bitkoin ilə “oynamayın”

“İlon Mask qədər pulunuz yoxdursa, ehtimal ki, diqqətli olmalısınız”, – deyə “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts investorlara xəbərdarlıq edib.

ENA.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Onun sözlərinə görə, kriptovalyuta almaq həvəsində olanların əksəriyyəti sərbəst kapitalı olmayan insanlardır.

“İlonun çoxlu pulları var və o, qabaqcıl insandır, buna görə də onun bitkoinə sərmayə qoyması məni narahat etmir. Lakin düşünürəm ki, onunla eyni miqdarda pula sahib olmayan insanlar da bu cür manipulyasiyalara uyurlar”, – deyə milyarder qeyd edib.

“Microsoft”un qurucusu bitkoinə inanmadığını söyləyir. Onun fikrincə, adətən milyarderlər cəmiyyətə fayda verəcək şeylərə sərmayə qoyur, bitkoin isə çox miqdarda enerji sərf edir və nəticədə ekologiyaya zərər verir. Lakin buna baxmayaraq, Qeyts rəqəmsal valyutaları yaxşı texnologiya hesab edir.

Xatırladaq ki, fevralın 8-i “Tesla” bitkoinə 1.5 milyard dollar investisiya qoyduğunu açıqlayıb. Həmin gündən başlayaraq kriptovalyuta bahalaşmağa davam edib.

Hal-hazırda bitkoinin qiyməti 49 300 dollar təşkil edir, “Tesla”nın səhmləri isə 6% artaraq 742 dollar səviyyəsinə çatır. “Forbes Real-Time” reytinqinə əsasən, İlon Maskın sərvəti 8.4 milyard dollar artaraq 174.5 milyard dollara çatır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)