İnşaat və əmlak

Dövlət Xidməti növbəti hərracları elan edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16, 20 və 27 avqust tarixlərində keçirəcəyi hərraclara 40 əmlak çıxarılıb, o cümlədən iştirakçılara torpaq sahələri və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılıb.

Bu barədə qurumdan məlumat verilir.

Məlumata görə, 1-ci hərraca "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının balansında olan fərdi yaşayış evi və 15 torpaq sahəsi, 2-ci hərraca buraxılış tarixləri 1990-2008-ci illəri əhatə edən 20 nəqliyyat vasitəsi, 3-cü hərraca isə buraxılış tarixləri 2006-2013-cü illəri əhatə edən 4 avtomobil çıxarılıb.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)