"ABB səhmlərinin qiyməti son 10 ilin maksimumuna çatıb"
Dövlətin 90 faizdən yuxarı payı olan Azərbaycan Beynəlxalq Bankının səhmləri 4 dəfədən çox bahalaşaraq qiyməti son 10 ilin maksimumuna çatıb
ABB İnvest-in nümayəndəsi Elçin Məmmədovun sözıərinə görə, 2019-cu ilə qədər ABB bir səhmi 9 qəpik olub. Son 4-5 ildə isə, xüsusəndə 2019-cu ilin yekunu üzrə Bank mənfəət açıqlayandan sonra səhmlər bahalaşıb. 2024-cü ilin iyun ayında isə səhm başına qiymət 35 qəpiyə yüksəlib.
E.Məmmədov bildirib ki, 2019-cu ildə səhm üzrə dividend 2,8 qəpik olubsa, 2023-cü ilin sonuna 4.1 qəpiyə yüksəlib. Yəni səhmlər 4 dəfə artıbsa, dividenddə artım 2 dəfəyə yaxındır.