Liviyadakı fors-major fonunda neftin - QİYMƏTİ (03.09.2024)
Brent, bazar ertəsi günü 0,8 faiz bahalaşdıqdan sonra bir barel üçün 77 dollara yaxınlaşdı və bugün 77,36 dollara ticarət edilir.
Çin rəsmi artım hədəfinə çata bilmədiyi və daşınmaz əmlak böhranı iqtisadiyyatı sürükləməkdə davam etdiyi üçün iqtisadi perspektivlə bağlı narahatlıqlar artır. Liviyada dövlət neft şirkəti El-Feel yatağında fors-major vəziyyət elan edib. İxtisarlar OPEC+-a hasilatı planlaşdırıldığı kimi gələn rübdə bərpa etmək üçün yer verə bilər.
Neft, Çin və ABŞ da daxil olmaqla, əsas istehlakçılar arasında iqtisadi narahatlıqlarla bağlı son bir neçə ayda bu ilki qazancların demək olar ki, hamısını silib. Bazar həmçinin OPEC+-dan əlavə barellərə hazırlaşır.
Bu arada, ABŞ iyulda Nikolas Maduronun mübahisəli seçkisinə cavab olaraq Venesuela hökumət rəsmilərinə qarşı yeni sanksiyaların əsasını qoyur.