Bank

Azərbaycanda dövlət bankı daxil 12 bankın aktivləri azaldı – SİYAHI

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 12-sinin aktivləri azalıb. ENA.az xəbər verir ki, aktivlərin azalması tendensiyası xüsusən müddətli depozitlərdə nəzərə çarpır.

Aktivlərin azalmasında liderlik Azərbaycan Beynəlxalq Bankındadır. Ümumilikdə mənfi tendensiya göstərən bankların siyahısı belədir:

 478, 94 milyon manat ABB,

435,64 milyon manat Yelo Bank,

58,13 milyon manat Rabitəbank,

 45 milyon manat Xalq Bank, 39,98 milyon AFB Bank,

30,78 milyon manat Bank Respublika,

28,42 milyon manat Expressbank,

18,15 milyon Accessbank,

11,62 milyon Naxçıvanbank,

10,21 milyon manat Azərbaycan Sənaye Bankı,

6,94 milyon manat Bank Melli İran Bakı,

6,50 milyon manat Bank VTB Azərbaycan,

1,98 milyon manat Unibank,

57 min manat Bank Avrasiya,

21 min manat Bank BTB.

Ümumilikdə bankların aktivlərində 1 milyard 200 min manatlıq bir kiçilmə nəzərə çarpır.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)