Qeyri-Bank

Putin kriptovalyuta istehsalına qanunla izacə verdi

Rusiya prezidenti Vladimir Putin kriptovalyuta istehsalının leqallaşdırılması haqqında qanunu təsdiqləyib. Digər tərəfdən, Putin beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında kriptovalyutaların eksperimental istifadəsini qanuniləşdirən qanunu da təsdiqləyib.
Putinin imzaladığı fərmanla ölkədə kriptovalyuta istehsalı noyabr ayından etibarən qanuniləşdi.

Fərmana əsasən, Rusiya hökuməti tərəfindən müəyyən edilən fiziki şəxslər və şirkətlər müəyyən edilmiş enerji istehlakı limitlərini aşmamaq şərti ilə kriptovalyutaları hasil edə biləcəklər.

Rusiya Mərkəzi Bankı 2021-ci ildə hazırladığı hesabatla ölkədə kriptovalyutalara tam qadağa qoyulmasını tələb etdi. Lakin Ukrayna müharibəsindən sonra Rusiya bankları SWIFT ödəniş sistemindən çıxarıldıqdan sonra ölkədə kriptovalyutalar getdikcə geniş yayılıb.

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina iyulun 30-da verdiyi açıqlamada kripto pulların beynəlxalq ödənişlərdə istifadəsinə ilin sonuna kimi başlaya biləcəyini bildirib.

Digər tərəfdən, Putin beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında kriptovalyutaların eksperimental istifadəsini qanuniləşdirən qanunu təsdiqləyib. Müvafiq olaraq, kriptovalyutalar beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında eksperimental olaraq istifadə edilməyə başlayacaq və prosesə Rusiya Mərkəzi Bankı nəzarət edəcək.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)