BİZNES

“Eurohome”un müflis elan olunması ilə bağlı məhkəməyə müraciət edilib

“AZSIĞORTA” ASC “Eurohome” MMC-nin müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Bu barədə şirkətdən bildirilir.

Bildirilir ki, e-2-2 (113)-2016/2024 saylı kommersiya işi hakim Kənan Hüseynovun icraatında olmaqla, 22.04.2024-cü il tarixə saat 15:30-a məhkəmə hazırlıq iclası təyin edilib.

Xatırladaq ki, “Eurohome” MMC 1999-cu ildə yaradılıb, 306 548 manat nizamnamə kapitalı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)