Axtar

“Ford” benzin mühərrikli avtomobillərin istehsalından tamamilə imtina edəcək

“Ford” şirkəti 2030-cu ildə Avropada yalnız elektrik avtomobillərin satışına başlayacağını söz verib.

ENA.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, avtomobil istehsalçı benzin mühərrikli maşınlardan imtina edəcək. Şirkət hazırda Almaniyada yeni zavodun tikintisinə bir milyard ABŞ dolları sərmayə qoyur. Həmin zavodda elektromobillərin istehsalı başlayacaq. Birinci partiya 2023-cü ildə istifadəyə veriləcək.

“Ford” həmçinin Avropadakı bütün minik avtomobillərinin 2026-cı ilin ortalarına qədər tamamilə elektrikli və ya hibrid nəqliyyat vasitələri kimi istehsal edəcəyini planlaşdırır.

"Bu bizim elektrik avtomobillərin artımının əsasını təşkil etdiyi strategiyamızın Avropaya və gələcəyə sadiqliyini vurğulayır", - “Ford”un Avropa bölməsinin rəhbəri Stüart Rouli bildirib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33