Neft bahalaşır - QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,49 ABŞ dolları və ya 0,80% artaraq 61,63 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,68 dollar və ya 1,06% artaraq 65,02 dollar təşkil edib.