Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 385 852,83 min ABŞ dolları dəyərində 486 643,62 ton neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə əsasən, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə, həcmi isə 73% çox olub.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının ixrac coğrafiyasına Ermənistan da daxildir.


















