BP: AÇG və "Şahdəniz" yataqları üzrə hasilat getdikcə daha mürəkkəb xarakter alır
Azərbaycanın əsas neft-qaz yataqları olan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı üzrə hasilat getdikcə daha mürəkkəb xarakter alır.
Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Giovanni Cristofoli ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə keçiriləcək XX Bakı Yay Enerji Məktəbinin açılış mərasiminə bildirib.
Bildirib ki, BP hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və tərəfdaşları ilə birlikdə bu iki nəhəng yataqda fəaliyyətini davam etdirir: "AÇG və "Şahdəniz" uzun illərdir istismarda olduğundan onların işlənməsi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb prosesə çevrilib və yeni texnoloji yanaşmalar tələb edir. Məhz qabaqcıl texnologiyaların tətbiqi sayəsində BP və tərəfdaşları bu yataqların səmərəli işlənməsi və neft-qazın dünya bazarlarına etibarlı şəkildə çatdırılması sahəsində yüksək nəticələr əldə edir".


















