“AFB Bank”dan “Komtec”ə transfer olub
“AFB Bank” ASC-nin İdarə Heyətinin sədr müavini iş yerini dəyişib.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, sədr müavini İqbal Rüstəmov bankdakı vəzifəsini tərk edib.
O, bundan sonra ölkədə fəaliyyət göstərən “MilliÖn” ödəniş terminalları şəbəkəsinin sahibi “Komtec” MMC-nin Baş icraçı direktorunun müşavir kimi çalışacaq.
İ.Rüstəmovun tərkindən sonra “AFB Bank”ın İdarə Heyətinin sayı iki nəfər təşkil edir. Burada, sədr və bir üzv hazırda çalışmaqdadır.
İ.Rüstəmov “AFB Bank”a 2019-cu ilin iyulunda təyin olunmuşdu. Həmin tarixə qədər “Kapital Bank” ASC-də Məhsulların inkişafı departamentinin direktoru kimi çalışırdı.