Beynəlxalq Bank dövlət payı üzrə dividend ödənişi edəcək
Azərbaycanda 2021-ci ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmalar 168,1 milyon manat nəzərdə tutulur ki, bu da bu ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 165,3 milyon manat və ya 60 dəfə çoxdur.
Maliyyə Nazirliyinin 2021-ci il dövlət büdcə sənədində həmçinin bildirilir ki, kəskin artıma səbəb “Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə 120 milyon manat, iri dövlət şirkətləri üzrə 46 milyon manat məbləğində dövlət büdcəsinə nəzərdə tutulan dividend ödənişləridir.