MALİYYƏ

Ekspert: Fonda 1 işləyən hesabı ilə daha az vəsait ödənir

Pensiya yaşının artırılması, həmçinin güzəştli pensiya hüququ verən şərtlərin məhdudlaşdırılması istiqamətində qanunvericilikdə edilən dəyişikliklər artıq öz nəticəsini verib.
"BI" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Yaşa görə pensiya alanların ümumi sayı 1990-2000-ci illərdə 19%, 2000-2010-cu illərdə 16% artmışdısa, 2010-2018-ci ilərdə 9.3% azalıb. 
Əgər yaşa görə pensiya alanların ümumi əhaliyə nisbəti 1990-cı ildə 8.8%, 2000-ci ildə 9.2%, 2010-cu ildə 9.5% olmuşdusa, 2018-ci ildə 7.9%-ə enib. Yəni bu, ən azından son 30 ilin ən aşağı göstəricisidi.
Məlumat üçün deyim ki, hazırda inkişaf etmiş ölkələrdə əhalinin orta hesabla 20%-i dövlətdən yaşa görə pensiya alır. Göründüyü kimi bizdə bu göstərici təxminən 3 dəfə aşağıdır və pensiya sisteminin dayanıqlı maliyyə bazasının qurulması baxımından çox əlverişli imkandır. Həm əhalinin daha az hissəsinin yaşa görə pensiya alması, həm də pensiyaların məbləğinin əhəmiyyətli dərəcdə aşağı olmasının nəticəsidir ki, hazırda Azərbaycanda pensiya xərclərinin ÜDM-də payı təxminən 5-6%-dir. Bir çox inkişaf etmiş ölkələrdə isə həmin göstərici 10-15% intervalında dəyişir.
Bizim üçün əsas təhlükıli məqam odur ki, kölgə iqtisadiyyatının böyük olması hesabına 1 nəfər pensiyaçının hesabına ən yaxşı halda 1 nəfər rəsmi işləyən şəxs pensiya fonduna sığorta ödəyir, inkişaf etmiş ölkələrdə bu göstərici 3-4 nəfər təşkil edir. Bizdə rəsmi sığorta ödəyənlərin də xeyli hissəsinin maaşlarınin real məbləği gizlədildiyindən Fonda 1 işləyən hesabı ilə daha az vəsait ödənir...

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department