Bank

Azərbaycan bankları ilə bağlı beynəlxalq agentlikdən müsbət siqnal

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın "Baa3" kredit reytinqini "müsbət" proqnozla təsdiqləyib.

ENA.az xəbər verir ki, Agentliyin qiymətləndirməsinə görə, nəzarət çərçivəsinin və prudensial tənzimləmənin beynəlxalq standartlara uyğunluğunun təkmilləşdirilməsi bank sektorunun dayanıqlılığını gücləndirən əsas amillərdəndir.

Agentlik tətbiq olunan kapital tələblərinin bankların ödəmə qabiliyyətini artırdığını bildirir. Eyni zamanda, agentlik Azərbaycanda Bazel III çərçivəsində yeni kapital buferlərinin tətbiq edildiyini, Bazel III standartlarına tam uyğunluğun isə 2027-ci ildə təmin olunmasının gözlənildiyini qeyd edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)