Sənaye

"KazMunayQaz" bu il BTC ilə neft ixracını 1,7 milyon tona qədər artırmağı planlaşdırır

Qazaxıstanın "KazMunayQaz" milli neft-qaz şirkəti 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını 2025-ci illə müqayisədə 31 % artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır.

ENA.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bu ilin yanvar-iyun aylarında Aktau limanı vasitəsilə BTC neft kəməri istiqamətində 704 min ton Qazaxıstan neftinin tranziti həyata keçirilib.

Boru kəmərinin uzunluğu 1 768 kilometr, ötürücülük qabiliyyəti isə ildə 50 milyon tondan çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)