Bakı avtovağzalına yeni mətbuat katibi təyin olundu

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub.
"BI" xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahverdiyeva yayıb.
O bildirib ki, bu günə kimi DANX-ın əməkdaşı olan Pərvin Məmmədova bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, qurumun mətbuat katibi Yaşar İsakov bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunduğundan BBAK-da bu vəzifə boş qalmışdı.