Sosial iqtisadiyyat

ABŞ 14 ölkəyə əlavə ticarət tarifləri barədə xəbərdarlıq edib - SİYAHI

ABŞ administrasiyası avqustun 1-dən əlavə rüsumların tətbiqi ilə bağlı ölkələrə bildirişlər göndərib. Ölkələrin tam siyahısı Ağ Evin saytında dərc olunub.

Ümumilikdə 14 ölkəyə qarşı rüsumlar tətbiq edilib:

Yaponiya (25%)

  1. Cənubi Koreya (25%)
  2. Cənubi Afrika (30%)
  3. Qazaxıstan (25%)
  4. Laos (40%)
  5. Malayziya (25%)
  6. Myanma (40%)
  7. Tunis (25%)
  8. Bosniya və Hersoqovina (30%)
  9. İndoneziya (32%)
  10. Banqladeş (35%)
  11. Serbiya (35%)
  12. Kamboca (36%)
  13. Tailand (36%)

Bundan əvvəl Donald Tramp ticarət sazişlərinin bağlanması üçün son müddəti iyulun 9-dan avqustun 1-nə təxirə salan sərəncam imzalayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)