Sosial iqtisadiyyat

Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni yubiley medalının təsis edilməsi gözlənilir.

Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif olunur. Layihəyə əsasən, yubiley medalı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi münasibətilə təsis olunacaq.  Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 10-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli fərmanı ilə yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)