İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı ilin ilk yarısında 0,8% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.

O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,7 % azalaraq 19 milyard 610,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 1,5 % artaraq 55 milyad 596,5 milyon manata çatıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, bu il ölkədə iqtisadi artımın 1,1 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 3,2 % olacağı gözlənilir.

Hökumətin yenilənmiş proqnozlarına görə, 2026-cı ildə ÜDM-in artımı 1,7 %, neft-qaz sektoru üzrə iqtisadi azalma 3,3 %, qeyri neft-qaz sektoru üzrə isə iqtisadi artım 3,7 % səviyyəsində olacağı gözlənilir.

6 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,1 % artaraq 33 milyard 71 milyon manat, o cümlədən qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 4,1 % artaraq 10 milyard 769,6 milyon manat, kənd təsərrüfatı istehsalının ümumi dəyəri 2,2 % artaraq 7 milyard 85,3 milyon manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 8 % artaraq 7 milyard 817,6 milyon manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7,5 % artaraq 1 milyard 966,5 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)