“Şahdağ” turizm kompleksinə 1 il ərzində nəqliyyat xidmətləri 969 min manata başa gələcək
“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti “Stabil-E” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, müqavilədə sərnişinlərin daşınması, nəqliyyatın, eləcə də əlavə ağır texnikanın icarəsi xidmətinin satın alınması nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 968 min 969 manatdır.
Bildirək ki, “Stabil-E” MMC 2011-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 50 manatdır və qanuni təmsilçisi Anar Ağamalı İmanverdi oğludur.