Xaricdən Azərbaycana gələnlərin nəzərinə!
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycana gələn şəxslərə müraciət edib.
ENA.az xəbər verir ki, müraciətdə qeyd edilir ki, ölkəyə gələn bütün şəxslər iltizam sənədi imzalamaqla özlərini iki həftə müddətinə təcrid etmələri ilə bağlı öhdəlik götürürlər.
Təcrid müddətini azaltmaq mümkündür. Bunun üçün həmin şəxslər 7 gün sonra 24 saat ara ilə iki dəfə COVID-19 analizi verməlidirlər.
Hər iki analizin nəticəsi neqativ olan şəxslər 8103 nömrəsinə zəng vurub bu barədə məlumat verməlidir.
Daha sonra onların adları portaldan silinir.