Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

AQTA: Bazarlardakı bütün açıq məhsullar etiketlənəcək

AQTA: Bazarlardakı bütün açıq məhsullar etiketlənəcək

Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:

"AQTA dövlət hesabına bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsini həyata keçirir. Artıq "Təzə bazar"da məhsulların etiketlənməsi prosesi başlayıb. Yaxın zamanlarda digər bazarları da əhatə edəcək".