Sosial iqtisadiyyat

Rusiyalı milyarder ermənilərin azərbaycanlılara vurduğu zərəri ödəmək istəyir

RESO sığorta şirkətləri qrupunun şəriki Sergey Sarkisov Moskvadakı qarışıqlıqların gedişatında ermənilər tərəfindən azərbaycanlı biznesmenlərə vurulmuş zərəri ödəməyə hazır olduğunu bildirib.

ENA.az xəbər verir ki, bu barədə RBK nəşri məlumat yayıb.

"Bizim ailəmiz azərbaycanlı biznesmenlərin mülkiyyətinə ermənilər tərəfindən ağılsızlıqla və ya yanlış fikirə görə vurulmuş zərərin əvəzini vermək öhdəliyini üzərinə götürür. Kim unudubsa xatırladıram - kişi odur ki, onu və ya ailəsini təhqir edənin gözlərinə baxmaqla onlara qarşılıq verir. O şəxsdir ki, öz vətənini qonaq olduğu yerdə yox, öz əcdadlarının torpağında müdafiə edir. Əminəm ki, azərbaycanlı biznesmenlər bizimlə razıdır və belə də davranardılar", - deyə onun müraciətinin mətnində bildirilir.

Bundan başqa, Sarkisov erməni və Azərbaycan diasporlarının nümayəndələrini Moskvada qarşıdurmaları qurtarmağa, həmçinin onları təhrik edənləri dayandırmağa çağırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)