Vakansiyalar

"NewCond" işçilər axtarır - MAAŞ 2000-2500 MANAT

Mitsubishi Electric və AUX korporasiyalarının Azərbaycanda rəsmi təmsilçisi olan “Nyukond”MMC şirkəti iri və kiçik məişət avadanlıqlarının satışının təşkili üçün biznesi genişləndirmək məqsədilə “Biznesin inkişafı üzrə menecer” vəzifəsinə vakansiya elan edir.

Namizədə dair əsas tələblər:

• Ali təhsil və ya magistr dərəcəsi (bizness və menegment sahəsi üzrə);
• Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi;
• Analitik qabiliyyəti yüksək səviyyədə olmalı;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı olmalı ;
• İri və kiçik məişət avadanlıqlarının satışının təşkili sahəsi üzrə iş təcrübəsinin olması mütləqdir.

Əsas vəzifə və öhdəliklər:

• Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması ;
• Daxili və xarici bazarda mövcud olan şirkətlərin, onların məhsullarının və qiymətlərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
• Məhsulların satılması üçün yeni kanalların axtarılması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Dövrü hesabatların hazırlanması və təhlili;
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi;
• Reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsi;
• Aylıq satış həcmi haqqında rəhbərliyə məlumat;
• Müəssisənin fəliyyəti və məhsul çeşidləri haqqında sərgi və yarmarkaların təşkili;
• Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edilməsi;
• Tenderlərdə iştrirakın təmin edilməsi.

İş şəraiti:

• Həftə ərzində 6 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
• Əmək haqqı 2000 – 2500 azn (namizədə görə dəyişir)

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

***

Mitsubishi Electric və AUX korporasiyalarının Azərbaycanda rəsmi təmsilçisi olan “Nyukond”MMC şirkəti iri və kiçik məişət avadanlıqlarının satışının təşkili üçün biznesi genişləndirmək məqsədilə “Brend menecer” vəzifəsinə vakansiya elan edir.

Namizədə dair əsas tələblər:

• Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil mütləqdir;
• Təcrübə: minimum 3 il;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;
• Ticarət -idarəetmə - marketinq menecment sahəsində təcrübəsi olmalı;
• Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli;
• Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı;
• Psixologiya və satış prinsiplərini bilməli;
• Müasir texniki ünsiyyət vasitələrindən və kommunikasiya vasitələrindən, məlumatlardan istifadə üsullarını bilməli;

Əsas vəzifə və öhdəliklər:

• Təmsil etdiyi brend üzrə texnikanın satışı;
• İllik satış büdcələrinin hazırlanmasında iştirak etməli;
• Bazarın vəziyyəti, müştərilərin istəkləri və məhsul portfelinə uyğun olaraq brendin bazar mövqeyini təyin etməli;
• Rəqib şirkətlərin məhsullarının təqibi və satış qrafikinin izlənməsi;
• Bazardakı boşluqlar əsasında yeni məhsul növlərinin satışını təşkil etməli;
• Bazarda rəqabət qabiliyyətli brend imicini formalaşdırmalı;
• Rəqiblərin trendlərinin, yeniliklərinin və ümumiyyətlə bazar təhlili aparmalı (yerli və beynəlxalq bazarlar);
• Markanın inkişaf etdirilməsi üzrə strategiyanı hazrlamalı;
• İstehlakçıların məmnunluq dərəcəsinin ölçülməsi, onların hazırkı və gələcək arzu, istəklərinin öyrənilməsi, ictimaiyyətlə əlaqələrin yaradılması, brendin yüksəldilməsi;
• Müştəriləri qarşılamalı, onları istəkləri ilə maraqlanmalı, istəklərinə uyğun məhsul təqdim etməli;
• Alt işçilərin işinə koordinasiya və nəzarət etməli;
• Məhsulun satılması üçün sxemlər hazırlamalı;
• Aylıq satış həcmi haqqında rəhbərliyə məlumat verməli;
• Reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsi;
• Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsi;
• Müəssisənin fəaliyyəti və məhsul çeşidləri haqqında sərgi və yarmarkaların təşkili;
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi;

İş şəraiti:

• Həftə ərzində 6 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
• Əmək haqqı 2000 – 2500 azn (namizədə görə dəyişir)

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” sözlərini qeyd edərək hr@collezioneitalia.az ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department