Gələn həftə Azərbaycanla Rusiya Cənubi Qafqazda nəqliyyat blokunun açılması məsələsini müzakirə edəcək

“Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcəyəm”.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında qeyd edib.
“Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub. Biz orada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə baxacağıq”, – o bildirib.
Overçuk görüşün Rusiyada olacağını deyib.