Ermənistan konstitusiyası dəyişdirilir

Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın günlərdə ölkənin yeni konstitusiyasının hazırlanması ilə bağlı iclaslara başlayacaq.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Şura yeni konstitusiyasının hazırlanmasını cəmiyyətin tələbi kimi təqdim etməyə hazırlaşır.
Qəzetin iddiasına görə, Vaşinqton razılaşmasından sonra Bakı bəyan edib ki, sazişin yekun variantını imzalamaq üçün Ermənistanın Baş naziri Nikol Paşinyana konstitusiyanın dəyişdirilməsi barədə göstəriş verib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıb. Birgə Bəyannamədə qeyd olunur ki, sülh sazişinin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac var. Qeyd edək ki, burada söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir.