Sosial iqtisadiyyat

Azərbaycanda yük daşımaları 3 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 136,9 milyon ton yük daşıyıb.

ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 3,4 milyon ton və yaxud 2,5 % çoxdur.

Hesabat dövründə nəqliyyatçılar 1 milyard 187,7 milyon sərnişinə xidmət göstəriblər. Bu isə 1 il əvvələ nisbətən 56,2 milyon sərnişin və ya 5 % çoxdur.

7 ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,1 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,4 % təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)