Bakıda əhaliyə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
![](https://ena.az/uploads/news/2020-07/_ena_242b34db232635eb2f157d713_o.jpg)
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, iyul ayının 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
Bakı Şəhər İcra Hakimiyyətindən ENA.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.