Azərbaycanda koronavirusa yoluxanların sayı 20 mini ötdü
Azərbaycanda bugünədək ümumilikdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Bu barədə ENA.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
Məlumata görə, onlardan 11 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8 332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.